Açar sözü: Dövlət Neft Fondu

Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 5 %-yə yaxın artıb

I rübdə neft-qaz sektorundan daxilolmaların 24,2 %-i və ya 1 milyard 155,7 milyon manatı vergi orqanlarının xətti ilə, 75,8 %-i və ya 3 milyard 620,3 milyon manatı isə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin payına düşüb.

18 aprel 2025 17:45
ARDNF I rübdə qızıla investisiyalarını kəskin artırıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 25,8 %-i qızılın payına düşüb. Bu barədə "Report" Fonda istinadən xəbər verir. Ötən ilin eyni dövründə bu göstərici 13,2 % təşkil edib. Beləliklə, qızılın portfeldəki xüsusi çəkisi 2 dəfəyə yaxın artıb.

17 aprel 2025 17:12
ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 107,028 milyon ABŞ dolları gəlir əldə edib. Bu barədə "Report"a Fonddan məlumat verilib.

17 aprel 2025 16:03
ARDNF I rübdə AÇG-nin işlənməsindən 1 milyard dollardan çox gəlir əldə edib

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 1 milyard 177,406 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu barədə "Report"a Fonddan məlumat verilib.

17 aprel 2025 15:48
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 7 % artırıb

“Report” xəbər verir ki, bunun 85,1 %-i və yaxud 62 milyard 740,2 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14,9 %-i və yaxud 11 milyard 26,5 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

17 aprel 2025 15:40
ARDNF valyuta satışını 32 % artırıb

Bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. “Report” bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 % çoxdur.

17 aprel 2025 15:32
ARDNF-in aktivləri 63 milyard dollara yaxınlaşıb

Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 62 milyard 740,2 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 4,5 % çoxdur. "Report" bu barədə Fonda istinadən xəbər verir.

17 aprel 2025 15:08
FotoAzərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib

Eyni zamanda, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2.1 milyard ABŞ dollarına yüksəlib.

16 aprel 2025 18:23
Elşad Məmmədov: “Neftin qiyməti düşsə də, Azərbaycanın valyuta sabitliyi üçün real risk görünmür”

Digər vacib məqam - neft gəlirləri birbaşa büdcəyə yox, Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) yönəlir və oradan dövlət büdcəsinə transfertlər vasitəsilə istifadə olunur.

14 aprel 2025 16:42
IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 2030-cu ildə 72 milyard dollardan çox olacaq

Fondun proqnozlarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10,76 milyard ABŞ dolları (il ərzində azalma 1,82 %), Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə 60,911 milyard ABŞ dolları (artım 1,47 %) təşkil edəcək. 2026-cı ildə strateji valyuta ehtiyatları 72,357 milyard

9 aprel 2025 17:40